Bu nə ağrı, nə şiddətdi,
Bu nə əzab, nə hiddətdi.
Görüşmürük nə müddətdi,
Dağlar, xoş gördük, xoş gördük.
Izn verin, bir danışım.
Küsdüyüm ilə barışım.
Qəlbim sizsiz dost-tanışım,
Ağlar, xoş gördük, xoş gördük.
Sənsiz keçmir mənim günüm,
Xatirəndir arxam, önüm.
Yenə də geriyə dönün,
Çağlar, xoş gördük, xoş gördük.
27.03.2018
Sevinc Arzulu
Kayıt Tarihi : 5.5.2018 08:23:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!