Gecəli-gündüzlü döyünürəm mən,
Nənə olmağımla öyünürəm mən.
Sənin gəlişinə sevinirəm mən,
Gün-gündən çoxalır dostum-sirdaşım,
Xoş gördük, xoş gördük əlli iki yaşım.
Həsrətin gözünü külnən oyurdum,
Vüsalın özünü gülnən doyurdum.
Çiçəyi güldana tülnən qoyurdum.
Acı bir kəlmədən ağrıyır başım,
Xoş gördük, xoş gördük əlli iki yaşım.
Ötəndən-keçəndən bac alıram mən,
Günəşin özündən tac alıram mən.
Demə ki yaşlanıb qocalıram mən,
Daha da parlayır brilyant daşım,
Xoş gördük, xoş gördük əlli iki yaşım.
21.08.2014
Sevinc Arzulu
Kayıt Tarihi : 9.6.2018 16:26:00
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
![Sevinc Arzulu](https://www.antoloji.com/i/siir/2018/06/09/xos-gorduk-52-yasim.jpg)
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!