Xocalı Şiiri - Ergün Ucatürk

Ergün Ucatürk
35

ŞİİR


2

TAKİPÇİ

Xocalı

Bədən yenə fevral, damarlarda qan küləği,
Türk'ün səsi boğuq, bıçaqlı o an kürəği.
Fikirlərdə xatirələr ki, boğan ürəği,
İllər oldu dünya gözü qapalı qaçalı,
Tarixin unutduğu soyqırımdır Xocalı!

Qalmaz qarın altında, istənilsə də örtbas,
Soysuz vicdanına yetməz milyonlarla dörd tas.
Kinimizə dolar axan qaranlıqdan göl, yas!
Xoş günəş yox, çiçək yerinə qan açalı,
Tarixin unutduğu soyqırımdır Xocalı!

Gecədən qalmış sonları fəryadlı körpələr,
Gözü yaşlı torpağın, qanla ıslaq kölgələr.
Cəmiyyət adlı viranə bizə ki, kör gələr!
Göyyüzü açmadı, yenə buludlar parçalı,
Tarixin unutduğu soyqırımdır Xocalı!

Zifri qaranlığına kibritlər riya damı,
Haqqsızlığın dövründə ifritlər siyada mı?!
Min bir yara ömrümdə Şəhidlər Xiyabanı!
Diriliq ömürlüq, tar yerinə and çalalı,
Tarixin unutduğu soyqırımdır Xocalı!

Ergün Ucatürk
Kayıt Tarihi : 10.7.2023 14:42:00