Uçuşurlar qaranlıqda necə də,
Bir kimsəni almayırlar vecə də.
Göz-gözü görməyən zülmət gecədə,
Işım-işım işıldayar böcəklər.
Deyən günəş qayğısına qalmayıb,
Hörmətinə, sayğısına qalmayıb.
Ah, deyəsən uyğusunu almayıb,
Mışıl-mışıl mışıldayar çiçəklər.
Yazdıqlarım ümmanda bir qətrədir,
Vurğunluğum qızılgül tək ətrədir.
Nəvazişi ürəyimi titrədir,
Yaşıl-yaşıl xışıldayar ləçəklər.
12.04.2019
Kayıt Tarihi : 19.4.2019 11:09:00
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
![Sevinc Arzulu](https://www.antoloji.com/i/siir/2019/04/19/xisildayan-lecekler.jpg)
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!