Çən əskik olmur düzümdən,
Gecəm fərqli gündüzümdən.
Çəkilmirsən heç üzümdən,
Baxışmısan,nəzərmisən.
Unutmazsan ki sən məni,
Gizlədəməz ki çən məni.
Bu dağları,çol-çəməni.
Gülüm,mənsiz gəzərsənmi.
Baxma mənə ögey-ögey,
Göy rəngində libaslar gey.
Gözlər sular kimi göm-göy,
Söylə,dəli Xəzərmisən.
Sönməz sevginin odları,
Yazılı qəlbin notları.
Yollunu kəsən otları.
Tapdalayıb əzərmisən.
Sevinc gözəl qönçə,gülüm.
Qəlbin açar öncə,gülüm.
Mənim üçün xonça,gülüm
Ad günümdə bəzərmisən.
Sevinc Arzulu
Kayıt Tarihi : 10.6.2018 16:11:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.




Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!