Təbiət sirrindən baş açmaq olmur,
Gahdan isti olur,gah da qar gəlir.
Taledən, qismətdən heç qaçmaq olmur,
Bu dünya gözünə bəzən dar gəlir.
Öpər ayağını mavi dalğalar,
Həniri bir anda qəlbinə çökər.
Ləpələr uşaq tək səni yırğalar,
Ayrılıb gedərsən,göz yaşı tökər.
Xətrinə dəyməyək Xəzərimizin,
Danışıb dərdləşək üz-üzə durub.
Göylərə zilləyək nəzərimizi,
Ilahi naxışı nə gözəl vurub.
Kayıt Tarihi : 29.4.2018 16:26:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!