Yox hicranın fağırlığı,
Məni yaman gəzər, gülüm.
Bu dünyanın ağırlığı,
Ürəyimi əzər, gülüm.
Dərdli-qəmli xatirələr,
Gözü nəmli xatirələr,
Təkcə sənli xatirələr,
Boz ömrümü bəzər, gülüm.
Qəmi dərdə qataram mən,
Həsrət içrə bataram mən,
Qoynundaca yataram mən,
Layla çalsa Xəzər, gülüm.
Sevinc Arzulu
Kayıt Tarihi : 30.6.2018 13:56:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!