Qar üstündə sarı xəzəl,
Təbiət ən gözəl rəssam.
Bahara qal barı, xəzəl,
Tablonu divarsan assam...
Eh, bürüyər bütün evi,
Xəzəlin qəribə ətri.
Şairin qəlbi çox sevir,
Yaz günündə söyüd çətrin.
Hər fəslin öz yeri vardır,
Qışda qar göz qamaşdırır.
Şairin bir şeri vardır,
Onu şəklə yaraşdırır.
Kayıt Tarihi : 30.12.2019 06:52:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!