Çaylar kimi tökülək dənizlərə,
Həsrət qalaq sevgili bənizlərə.
Qoca dünya nə vermisən bizlərə,
Alammırsan.sonun xeyirli olsun.
Atəş varmı yandırası közün tək,
Ürəyimə yara vuran sözün tək.
Dəyişirsən günü-gündən, özün tək
Qalammırsan tonun sehrli olsun.
Diksindirər səni bircə vaxtsız zəng,
Danışarsan, səsin olar min ahəng.
Sənin üçün yad olubdur qara rəng,
Calanmırsan. Fonun seyrli olsun.
Kayıt Tarihi : 15.1.2020 06:56:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!