Xeyalların Enver'i Şiiri - Ergün Ucatürk

Ergün Ucatürk
35

ŞİİR


2

TAKİPÇİ

Xeyalların Enver'i

Həsrət əcəl çəmbərinə
Bürür, qəsdli mi ölümün?
O xəyallar Ənvərinə
Ulu Tanrım bu mu hökmün?

At belində son taleyli
İgidi âləm mi gördü?
Kim ki, Məcnun ilə Leyli,
Bu cahan özləm mi gördü?

Tanrı’ya son addımların
Atan tək “vətən” deyən mi?
Sözlər ikən andımların,
Bəs bu kədər hədiyyən mi?

O sevda ki, müşərrəfli
Çeğendən də görülər mi?
Son şəhadəti, şərəfli
Ölüm mənə də gülər mi?

Ergün Ucatürk
Kayıt Tarihi : 30.7.2023 18:25:00