Xəyalımı közlərəm,
Ətirini özlərəm.
Bilsən necə gözlərəm,
Yolumu pusmağını.
Qəmdən çələng hörmədim,
Dost-tanışa vermədim.
Bircə dəfə görmədim
Hucranın susmağını.
Başdan aşsa da dərdi,
O igiddir, o ərdir.
Çətin görərsiz mərdin,
Özünü asmağını.
Sevinc Arzulu
Kayıt Tarihi : 6.12.2018 07:43:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!