Xeyalım Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Xeyalım

Işıqlı sürəti hey kəm oluban,
Varıb gətirdiyi dərd-qəm oluban,
Qəlbimin sirrinə həmdəm oluban,
Mənim tək gözləri dolan xəyalım.

Amalı döyünən ürəyə dönüb,
Ona ilham verən şirəyə dönüb.
Hərdən əsəbindən küləyə dönüb,
Söyüdün saçını yolan xəyalım.

Qaranlıq gecədən qo\rxub da qaçar,
Alaca gözümə gur işıq saçar,
Ruhumda hamıya qol-qanad açar,
Ürəyimdə mənim olan xəyalım.

Sevinc Arzulu
Kayıt Tarihi : 11.7.2020 15:10:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu