Soyuq sular ilinərmi,
Qədr-qiymət bilinərmi,
Qəlbimizdən silinərmi.
O illərin xatirəsi.
Ulduz olub axdı, keçdi
Könlümüzü yaxdı, keçdi.
Qüssə ilə baxdı, keçdi
O illərin xatirəsi.
Qapımızı varmı açan.
Qalmışıq çarəsiz, naçar.
Çətin bizdən uzaq qaçar,
O illərin xatirəsi.
Kayıt Tarihi : 22.6.2018 07:14:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!