Xatirene sığındım Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Xatirene sığındım


Ilahi təcəssümüm,
Qarlı Qafqaz dağındım.
Sən mənim təbəssümüm,
Mən sənin xoş çağındım.

Dolum, qarım,çiskinim,
Gəlişinə diskinim.
Sol yanımda nisgilim,
Qüssəgörməz sağındım.

Xəzər kimi çağladım,
Limanımı bağladım..
Gedişinə ağladım,
Gəlişinə uğundum.

Eşq qəmi satıb dura,
Kədəri atıb dura.
Eləcə yatıb-dura,
Xatirənə sığındım

Sevinc Arzulu
Kayıt Tarihi : 20.12.2020 15:56:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu