Görüşdük yenə də bir yay günündə,
Yenə həmin kafe, həmin yeməklər.
Yorğunluq duyulur bacım, ünündə
Bir az azalıbdır deyib-gülməklər.
Oturub məktəbi xatırladıq, bax
Kim kimlə olubdur sinif yoldaşı.
Dostluğu sonadək sən ver, ay Allah
Xatirən xətrimlə yaman yollaşır.
Biz artıq keçirik altmış yaşına,
Gələn il olacaq yubileyimiz.
Həmişə yığılaq ocaq başına,
Şükür , bəxtimizdən yox gileyimiz.
Adın kimi meh parəsi, bir mehsən.
Sən həmişə ürəyimi alırsan.
Səhər ertə gül üstündə zər şehsən,
Gözlərimdə olduğun tək qalırsan.
Sənin xislətində yaxşılıq, savab,
Mənim ürəyimdə paxıllıq yoxdur.
Bir dəfə mən sənə çəkdirim kabab,
Bilirəm,əzizim, gözlərin toxdur.
Tanrı xoşbəxt etsin ciyərparanı,
Həmişə xoş günün görəsən,bacım.
Yaxına qoyma sən daha qaranı,
Əzizim, qəlbində olmasın acın.
Üzündən öpürəm qoşa nəvənin.
Görüm taleləri bəxtiyar olsun.
Özünə dost bilib çox sevdiklərin,
Həmişə əzizim, sənə yar olsun.
Kayıt Tarihi : 29.8.2021 09:11:00
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!