Xatirem Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Xatirem

Oldun illər sürgünü,
Tənhalıqla sür günü.
Mən tək yarı mürgülü,
Yarı oyaq xatirəm.

Düşdün sevda cəmginə,
Aldandın ahənginə.
Yaraşmaz ki rənginə,
Qara boyaq xatirəm.

Bezməyək göz yaşından,
Parlayan qaş-daşından.
Hisslərin savaşından,
Necə doyaq, xatirəm.
29.11.2017

Sevinc Arzulu
Kayıt Tarihi : 29.4.2018 16:46:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu