Hicranın qum evi sözdən sökülməz,
Həsrətin qaramat damı çökülməz.
Oyatsam qızılı zəri tökülməz,
Ay mənim vəfalı xatirələrim..
Siz də yalqızmısız,siz də təkmisiz?
Şoranlıq səhrada çiçək əkmisiz.
Mənim çəkdiyimi siz də çəkmisiz,
Ay mənim cəfalı xatirələrim.
Gözümün yaşından doymayırsınız,
Sevinib gülməyə qoymayırsınız.
Dərdin çaldığına oynayırsınız,
Ay mənim havalı xatirələrim.
19.02.2018.
Kayıt Tarihi : 5.5.2018 08:06:00
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
![Sevinc Arzulu](https://www.antoloji.com/i/siir/2018/05/05/xatirelerim.jpg)
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!