Baxaq günün doğuşuna,
Düşsün ağac koğuşuna.
Məni aldı ağuşuna,
Xatirələr...
Gedən həsrət karvanıdır,
Bu, Tanrının fərmanıdır.
Ürəyimin dərmanıdır,
Xatirələr.
Təbiətin ağ qışımı,
Kainatın alqışımı,
Ulduzların sayrışımı,
Xatirələr.
Qurulubdur vəslin himi,
Qırılıbdır könül himi.
Çalınacaq nəğmə kimi,
Xatirələr.
Günəş gülsün üzünüzə,
Al laləli düzünüzə.
Düşəcəyəm izinizə,
Xatirələr.
Kayıt Tarihi : 8.4.2020 09:32:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!