Olanı, keçəni salıram yada,
Mən nədə səhv etdim, biləmədim ki.
Hər yan xatirədir sanki dünyada,
Kimsədən məhəbbət diləmədim ki...
Sevən sevdi gözlərimə baxaraq,
Sevməyənim dalımca da danışdı.
Qan durular ürəyimdən axaraq,
Bu təlatüm, bu həyəcan tanışdı.
Izlərimi ot basıbdır, əzizim
Günahkarı ya sənsənmi, ya mənəm.
Nə kədərin özün qəfil asıbdır,
Nə də ki mən şehli yaşıl çəmənəm.
Qəlbimizi çuğlayan bu sevdanı,
Göz yaşları çətin yuyub apara.
Ayrılığa ağlayan bu sevdanı,
Itirərsəm hardan bir də taparam.
Ürəyimi sıxan dalğalı dəniz,
Yəqin bir gün sakitləşib dayanar.
Yollarıma çıxacaqmı ay bəniz,
Gülümsəsə xatirələr oyanar.
18.02.2018.
Kayıt Tarihi : 5.5.2018 08:00:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!