Bu nə əhval, bu nə haldır,
Xatirənin dili laldır.
Biri yaşıl,biri aldır,
Xatirələr boyaq-boyaq.
Oldun sürgün, ay əzizim,
Gəlmir mürgün, ay əzizim.
Çətin bir gün ay əzizim,
Xatirədən doyaq-doyaq.
Kitab kimi dostum,oxun,
Burnumdadır çiçək qoxun,
Gözündən tökülür yuxun,
Xatirələr oyaq-oyaq.
Kayıt Tarihi : 26.5.2022 08:04:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!