Xatireler dağınıq Şiiri - Sevinc Arzulu

Xatireler dağınıq

Küləklərə tab gətirməz yelkənim,
Göy sularda üzəmməz ki ağ gəmim.
Atam yox ki sinəsinə söykənim,
Anam varmı qucağında uğunum.

Mən açmadım fələk ilə davayı,
Bircə tikə vermədilər havayı.
Aman Tanrım, mənim səndən savayı,
Kimsəm yox ki kölgəsinə sığınım.

Həsrət yenə vurdu qəlbə yaranı,
Səndə gördüm dərdimə son çaranı.
Tanrım, bizdən uzaq eylə qaranı,
Rənglər içrə bəyazınıq, ağınıq.

Qoymarıq ki düşmən bizlə əyişə,
Qalib əsgər hazır yeni döyüşə
Əziz dostum, yaxın dur, bir görüşək,
Biz ki sənin ən dəyərli çağınıq.

Təbəssümün bəsdir bir söz yerinə,
Çırpı atma közərən köz yeriinə.
Gülüm, bəlkə yığasan öz yerinə,
Xatirələr tör-tökülü, dağınıq.

Sevinc Arzulu
Kayıt Tarihi : 12.2.2021 06:43:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu