XATİRƏ ORDUN
Qəm notu sarı simin,
Sözlərimə çökülər.
Mavi göz yaşı kimi,
Cüt didəmdən tökülər.
Qaralıb pərdə-pərdə,
Göy üzünün qurşağı.
Bir boylan hərdən-hərdən,
Ay mənim yumuşağım.
Qızların ən gözəli,
ən göyçəyi mən idim.
Qəlbinin ən ağrılı,
Dərd göynəyi mən idim.
Ay mənim işıq üzlüm,
Ay mənim nur simam, gəl.
Sənsiz necə bomboşdur,
Qaranlıq asiman, gəl.
Saatları dayanmış,
Şəhərin sakiniyəm.
Yatanları oyanmış
Səhərin sakiniyəm.
Sakiniyəm bu yerin,
Sakiniyəm bu yurdun.
Məni rahat qoymaz ki,
Sənin xatirə ordun.
26.04.2018
Kayıt Tarihi : 29.4.2018 08:37:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!