Dildə gəzir müsibətin,
Əfsanədir söz-söhbətin.
Sənin böyük məhəbbətin,
Əridər ağ qarı bülbül,
Xarı bülbül,xarı bülbül.
İgidsən döz arasında,
Atəşlə köz arasında,
Qaş ilə göz arasında,
İncitməyək yarı bülbül.
Xarı bülbül,xarı bülbül.
Parıldayar şeh qəfəsin,
Od püskürər od nəfəsin.
Tükənməzdir eşq həvəsin,
Birgə çalaq tarı bülbül.
Xarı bülbül,xarı bülbül.
Günlərini sanatmısan,
Azadlığa can atmısan.
Sən necə ki qanatmısan,
Gəl yaramı sarı bülbül,
Sarı bülbül,sarı bülbül.
Sevinc od alar közündən,
Kədər oxunar gözündən.
Şuşada Cıdır düzündən,
Biz qalxaq yuxarı bülbül,
Xarı bülbül, xarı bülbül.
Kayıt Tarihi : 14.6.2018 09:58:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!