Çox şükür ki yurdum qalmadı xara,
Çəkiləcək namərd tezliklə dara.
Düşmənlərim geyinibdir zil qara,
Dostlarımı sevindirir növrağım.
Xankəndində dalğalanır bayrağım.
Dolaylardan yolun salar Şuşamız
Dağ başında ocaq qalar Şuşamız,
Daha azad nəfəs alar Şuşamız,
Alaqları biçir artıq orağım,
Xankəndində dalğalanır bayrağım.
Qarı düşmən yaman düşdü sevdaya,
Inandılar arsağ adlı xülyaya.
Gücümüzü sübut etdik dünyaya,
Ulduzlardan, Aydan gəlir sorağım.
Xankəndində dalğalanır bayrağım.
Azalmaz ki qollarımda qüvvətim,
Tarixlərə yazılacaq qüdrətim.
Milyon-milyon artacaqdır sərvətim,
Qızılıdır yerə düşən yarpağım,
Xankəndində dalğalanır bayrağım.
Neçə igid qurban getdi davada.
Min-min şəhid ruhu süzür havada.
Əmr verdi Cənab Ali Komandan
Işğaldan tam azad oldu torpağım,
Xankəndində dalğalanır bayrağım.
Kayıt Tarihi : 26.10.2023 14:42:00
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!