Analar tutmuşdu sağını-solunu,
Göz yaşı bağlardı əlini-qolunu.
Neçə il gözlədin övlad yolunu,
Necə ağrıyırdı de, canın bacı.
Xanım bacı.
Kiminsə ehyamı vecə olurdu,
Nə bilsin dərd çəkmək necə olurdu.
Səninçün gündüz də gecə olurdu,
Axır ki söküldü ilk danın, bacı.
Xanım bacı.
Analıq hissinə hey yanan oldun,
Özünü taleyi kəm sanan oldun.
On yeddi il sonra sən ana oldun,
Yayıldı ellərə ad-sanın, bacı.
Xanım bacı.
Gözündə gözəldir bütün bu aləm,
Çəmənə yaraşıq nərgizim, laləm.
Yaxına gəlməsin nə həsrət, nə qəm,
Sevinclə keçsin qoy hər anın, bacı.
Xanım bacı.
Axır gün əritdi həsrət buzunu,
Yerinə yetirdi gözəl arzunu.
Tanrı xoşbəxt etsin qoşa qızını,
Axar damarlardan al qanın, bacı.
Xanım bacı.
Isti yay günündə əsən bir mehsən,
Işgüzar qadınsan, sənə min əhsən.
Ana təbiətin vurğunusan sən,
Çiçəklər, güllərdir dörd yanın bacı.
Xanım bacı.
Gözəllər gözəli Aysunla Leylan,
Görənlər olurlar onlara heyran.
Bəxtəvər olsunlar bu qoşa ceyran,
Qızların həm şöhrət, həm şanın, bacı.
Xanım bacı.
Kayıt Tarihi : 3.5.2021 14:32:00
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!