Xalı görünür Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Xalı görünür


Xəbərdar deyiləm macərasından,
Baş aça bilmirəm şəcərəsindən.
Mənim ürəyimin pəncərəsindən,
Onun ürəyinin zalı görünür.

Ocağım istidir, kül-köz dolusu,
Ətrafı tüstüdür, sirr-söz dolusu.
Seyr edək Vətəni biz göz dolusu,
Çiçəkli yamacı, yalı görünür.

Yenə günəş doğur, yurda nur saçır,
Qönçə qızılgüllər nurundan açır.
Ən yaxın munisin əhdndən qaçır,
Geriyə oxudur valı, görünür.

Göz nuru çilənib şerin sətrinə,
Misralar bürünüb çiçək ətrinə
Sən Allah, heç dəymə yarın xətrinə,
Elə ilk baxışdan halı görünür.

Danışa bilməyir düzü, qəhərdən,
Qaraldıb qanını kimsə səhərdən.
Bilirsən, əzizim, erkən baharda,
Hələ ki meyvənin kalı görünür.

Sevgili yarına zülüm edənin,
Ruhsuz qalacaqdır bir gün bədəni.
Yarı əbədilik qoyub gedənin,
Gözünə dünyanın malı görünür?

Deməyin siz qonaq, qərib laləyə,
Çiçəklər qol-qanad gərib laləyə.
Baxın al geyinmiş zərif laləyə,
Gözəllik bəxş edən xalı görünür.

Sevinc Arzulu
Kayıt Tarihi : 25.2.2021 05:21:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu