Səhər erkəndən durub,
Saçların ucun burub.
Otaqda hana qurub,
Xalça toxuyan qızlar.
Əl işiniz mübarək.
Baxıb sevinir ürək.
Xalçadakı çəmən tək,
Çiçək qoxuyan qızlar.
Tarix ilə yaşıddı,
Xalqın qan yaddaşıdı.
Sanki bulaq başıdı,
Nəğmə oxuyan qızlar.
Kayıt Tarihi : 8.6.2020 09:29:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!