Xalça buludlar Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Xalça buludlar

Əlimi göylərdən üzüb gedirlər.
Yağış damcısını düzüb gedirlər.
Səmada astaca süzüb gedirlər,
Şirindir könlümə balca, buludlar.

Açaram o anda qapımı döysə,
Hərdən lovğalanıb özünü öysə.
Barmaq da silkələr xətrinə dəysən,
Danışıb dillənər lalca buludlar.

Bəzən göy üzündə qalmaq istərəm,
Əbədi xəyala dalmaq istərəm.
Yatıb da dincimi almaq istərəm,
Sərib göy üzünə xalça buludlar.
19.07.2018

Sevinc Arzulu
Kayıt Tarihi : 21.7.2018 15:10:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu