Xal yerine Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Xal yerine

İtin quyruğun basma,
Səni yeyər yal yerinə.
Rəqib sözə qulaq asma,
Özünü qoy kal yerinə.

Taleyimlə barışaram,
Keçmişimə qarışaram.
Ürəyimlə danışaram,
Dayanaram lal yerinə.

Tez-tez dəyişir əhvalım,
Bu dünyadan gedim, qalım.
Zəmanə də elə zalım,
Zəhər verər bal yerinə.

Ayrılığı yarışdırma,
Həsrət ilə barışdırm.
Rəngləri çox qarışdırma,
Qara gələr al yerinə.

Misra-misra oxun, yarım.
Qədrin billəm yoxun-varın.
Nə olar ki toxunmayın,
Ürəyimin xal yerinə.
03.04.2024.

Sevinc Arzulu
Kayıt Tarihi : 4.4.2023 14:20:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!