Vüsalın ocağında Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Vüsalın ocağında

Ulduzların zər libası,
Lap əynimə biçilib.
Bu həyatın əlifbası,
Gözlərimdə kiçilib.

Hərfləri çox xırdadır,
Oxuya bilmirəm heç.
Sevgi sözü axırdadır,
Tanrım,günahımdan keç.

Sənə sevgim bir başqadır,
O məhəbbət bir başqa.
De,sən özün salmadınmı,
Məni bu vaxtsız eşqə.

Mən nə gördüm bu sevgidə,
Kədərdən,qəmdən savay.
Yarımadım heç sevgidən,
Salmıram da hay-haray.

Yaşayıram öz ömrümü,
Həsrətin qucağında.
Yandıraram köz ömrümü,
Vüsalın ocağında.

Sevinc Arzulu
Kayıt Tarihi : 14.6.2018 10:08:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu