Ürəyim dönübdür yaralı neyə,
Az qalır ümiddən al-əlvan geyə.
Eh, məni yarıma çatdırsın deyə,
Öpdüm arzuların lələklərindən.
Vüsalı könlümə qonaq eylədim,
Ayrılıq zalıma qınaq eylədim,
Sorğunu ən gözəl sınaq eylədim.
Soruşdum vüsalın mələklərindən.
Hərbi paltarını geyibdi hicran,
“Qələbə mənimdir”-deyibdir hicran.
Yenə qapımızı döyübdü hicran,
Baş aça bilmirəm kələklərindən.
Kayıt Tarihi : 22.5.2020 07:43:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!