Heç çoxalma, olduğun tək qal, həsrət.
Güzarını cəhənnəmdən sal, həsrət.
Bilirsənmi,üzər səni lal həsrət,
Yol yaxınkən hicran ilə vidalaş.
Demə ötən bir həvəsdir Xumarın,
Görən yenə nədir qəsdi Xumarın.
Yol gözləyər sənin məsti-xumarın,
Şeyx Sənan tək dərələr keç, dağlar aş.
Təkcə məni qəlbə həmdəm sanarsan,
Atəşimə odlanarsan, yanarsan.
Ayrılığa yaxın düşsən, donarsan
Vüsalımla əl-ələ ver, qucaqlaş.
Kayıt Tarihi : 27.6.2018 15:07:00
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
![Sevinc Arzulu](https://www.antoloji.com/i/siir/2018/06/27/vusalimla-el-ele-2.jpg)
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!