VÜSALIM
Görürsənmi vüsalı,
Əl-ayağa dolaşmır.
Daha Məcnun xəyalı,
Dərə keçmir, yal aşmır.
Indi vüsal özüylə,
Söhbət etməyi sevir.
Yaşla dolmuş gözüylə,
Töhmət etməyi sevir.
O, danlayır həsrəti
Işə qarışdığıyçun.
Dərdə vardır nifrəti,
Qəmlə barışdığıyçun.
Yaxın dostu ayrılıq
Libasına bürünüb.
O ki bir şirin qılıq
Arxasınca sürünüb.
Dərdinə qulaq asaq,
Nə danışır, nə deyir.
Sevgisi olub yasaq,
O da qaralar geyir.
Nə istəyirsiz axı,
Bu dəli vüsalımdan.
Unutmayın Allahı,
Uzaq dursun zalımdan.
Vüsalım vəslə yetsin,
Daim gülərüz olsun.
Tanrı dediyin etsin,
Ilqarında düz olsun.
26.01.2019
Kayıt Tarihi : 28.1.2019 08:25:00
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
![Sevinc Arzulu](https://www.antoloji.com/i/siir/2019/01/28/vusalim.jpg)
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!