Həyatın amansız zərbəsinə sən,
Necə tab gətirdin, ay ömrüm-günüm.
Qalxdın ayrılığın zirvəsinə sən,
Bir kitab gətirdin ay ömrüm-günüm.
Birlikdə oxuduq biz bu kitabı,
Hərflər güzgüdən oxunur, aman.
Elə bil əmrdir hər bir xitabı,
Keçmişin qəlbinə toxunur zaman.
Gizlədək, əzizim, sirrini açma.
Gələcək nəsilə ərməğan edək.
Həsrətdən ayrılıb hicrana qaçma,
Əlimdən tut mənim, vüsala gedək.
07.05.2019.
Kayıt Tarihi : 9.5.2019 11:00:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!