Ürəkdə ox, sevirəm,
Həsrətim tox, sevirəm.
Kədəri çox sevirəm,
Gözəl olur vəsməsi.
Derlər hicranla yaşa,
Vurul ağaran qaşa.
Neynim, düşmürəm başa,
De, bu nəyin nəsnəsi.
Gözəlmi sayılıram?
Xəyaldan ayılıram.
Aşiqə bayılıram,
Oldum vüsal təşnəsi.
29.04.2019.
Kayıt Tarihi : 30.4.2019 15:03:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!