Vüsal oldu Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Vüsal oldu

Dərdimi danışdım, kaman kövrəldi.
Halıma bu qoca zaman kövrəldi.
Mən səni anarkən yaman kövrəldim,
Hissim üsyan etdi, duyğusal oldum.

Səni xatırlarkən hər addımbaşı,
Qüssədən qaralar üzüyün qaşı,
Töküldü üstünə gözümün yaşı,
Gəzdiyim boz torpaq yaş, qumsal oldu.

Hicran kədərimə ən sadiq yardı,
Fələk ah-naləmə həmişə kardı,
Bu geniş dünyada hər şeyim vardır,
Həsrətin çəkdiyim tək vüsal oldu.

Sevinc Arzulu
Kayıt Tarihi : 30.6.2018 13:41:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu