Dilindən düşməz ki vüsal düzgüsü,
Əzbərində olan şer marağıyam.
Sən mənim bəxtimin sınan güzgüsü,
Mən sənin ömrünün gur çırağıyam.
İldırım ötürən başımın üstdə,
Çox heyf, dərdləri ötürməyir ki.
Ölüm tariximdir daşımın üstdə,
Əzrail ərk edib götürməyir ki.
Nəyinə lazımdır daha bir nakam,
Gəlişin-gedişin söz eyləsinlər.
Heç zaman pozulmaz bu tabu, ehkam,
Qəlbləri yandırıb köz eyləsinlər.
Üstünə tökülən yupyumşaq torpaq,
Ana qucağı tək isti olarsa.
Məzarı bəzərsə sarı-al yarpaq,
Dünyanın ən gözəl məsti olarsa.
Görən nə itirər bu ana dünya,
Bilərmi qədrimi öləndən sonra.
Sənin tək əhdini, eh, danar dünya,
Ləlini onunla böləndən sonra.
Kayıt Tarihi : 22.12.2025 15:29:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.




Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!