Baxma mənə gizlin, oğrun,
Başlamasın sual-sorğun.
Illər yaman məni yorğun,
Sən üstəlik yorma məni.
Yaşla öyünməz olmuşam,
Qəlbi döyünməz olmuşam.
Sənçün görünməz olmuşam,
Özgəsindən sorma məni.
Tutammazsan əli, külək,
Deyilsən ki zəli,külək.
Yavaşca əs, dəli külək,
Burum-burum burma məni.
Çənəm, dağa çökülmüşəm,
Evəm,himdən sökülmüşəm.
Çoxdan sınıb tökülmüşəm,
Eh, yenidən qurma məni.
Vüsal məndən aralıdır,
Günüm ağlı-qaralıdır.
Dəli könlüm yaralıdır,
Aman ovçu, vurma məni.
Kayıt Tarihi : 8.1.2023 16:28:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!