Vurdu könlümü Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Vurdu könlümü

Eh,zay oldu zaman-zaman əkdiyi,
Uçub daha,oxumayır kəkliyi.
Heç əzəldən sevməyirdi təkliyi,
Yağış tutdu, dolu vurdu könlümü.

Oğulsansa ayrılığa gətir tab,
Hər bir anın qüssə dolu bir kitab.
Nədən belə çəkir daim iztirab.
Bir nakəsin solu vurdu könlümü.

Nədən qəfil uşaqlaşdın qapıçı,
Ayazlaşdın, sazaqlaşdın qapıçı.
Hara belə uzaqlaşdın qapıçı,
Əzrailin qolu vurdu könlümü.

Sevinc Arzulu
Kayıt Tarihi : 7.1.2023 10:48:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!