Bacıların nurlu sabahı idin,
Çətində, dar gündə pənahı idin.
Qardaşların alisi, şahı idin,
Sən getdin.Əridi dağların qarı.
Bu dünya necə də amansız imiş,
Əcəl də şeytan tək imansız imiş.
Ölüm vaxtsız imiş, zamansız imiş,
Yaxşı dost pozmaz ki əhdi, ilqarı.
Fələyin qurduğu qara kələkmi?
Ürəkdə əbədi qalan diləkmi?
Xəbəri gətirən soyuq küləkmi?
Dünya, söylə, neynədin sən Vüqarı?!
Kayıt Tarihi : 18.12.2019 07:05:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!