Vülkan püskürür Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3694

ŞİİR


27

TAKİPÇİ

Vülkan püskürür

Sevdanın əvvəli, sonu varmıdır,
Dərdlərin ən azı onu varmıdır.
Mərəzin qapqara donu varmıdır,
Ayrılıq asqırır, hicran öskürür.

Sevdik nağılları, əfsanələri,
Şahidi olduq biz,eh, gör nələrin.
Heç yola getməyir xatirələrin,
İçimdə yenə də vulkan püskürür.

Buludlar ağappaq qarı ələyə,
Dayanaq altında, dönək mələyə.
Billəm, imkan versək zalım fələyə,
Bizi yer üzündən əbədi kürür.

Sevinc Arzulu
Kayıt Tarihi : 7.5.2025 06:34:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!