Vulkan kimiyim Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Vulkan kimiyim

Dünya gəlir rəngsiz mənə,
Həyat yoxdur sənsiz mənə.
Yaxınlaşmayın siz mənə,
Püskürən vülkan kimiyəm.

Əlimdə var mey, gedirəm,
Sanki gəlir ley, gedirəm.
Baş götürüb hey gedirəm,
Sahibsiz sükan kimiyəm.

Soyuq əsdi şərq küləyim,
Ürəkdə qaldı diləyim.
Özümə çatmır köməyim,
Özgəyə imkan kimiyəm.

Demirəm böyük dühayam,
Nə ucuzam, nə bahayam.
Yalqızam, mən.Təktənhayam,
Atılmış məkan kimiyəm.

Eşidərsiz səsimi tək,
Əsərəm yaz nəsimi tək.
Mən də babam Nəsimi tək,
Dostum, laməkan kimiyəm.

Sevinc Arzulu
Kayıt Tarihi : 9.12.2023 08:28:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!