Daşların üstünə salmışam həsir.
Çünki ayağımı şiş uclar kəsir.
Ayrılıq zalıma düşmüşəm əsir,
Azadlıq ömrümün vidası payız.
O uzaq adaya tamahım düşüb,
Könlümə dar gündə pənahım düşüb.
Yağışın səsindən iştahım küsüb,
Pərişan könlümün qidası payız.
Şairlik Tanrıdan verilən paydır,
Gecələr həmdəmim ulduzdur,aydır.
Mənim fərəh fəslim bahardır,yaydır,
Kədərli şerimin nidası payız.
Gedərsəm baxmaram dumana, çənə
Tanrıya məhbbət güc verər mənə.
Qüssəsi olanlar sığınar sənə,
Dalğalı dənizin adası payız.
İlahi böyükdür, bəxtim olar yar,
Neynəyə bilər ki mənə zalım xar.
Bir-birindən əlvan rəsmlərin var.
Sən könül mülkümün odası. Payız.
Kayıt Tarihi : 26.10.2023 15:07:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!