Veteninde qonaqsan Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Veteninde qonaqsan

Sən bir Şəhid bacısı,
Ürəyində acısı.
Sən sözünün hacısı,
Kəm gözlərdən iraqsan.

Ayrılıqdan keçməyən,
Kədəri dost seçməyər.
Alaqları biçməyə,
Itilənmiş oraqsan.

Hamı gedər evinə,
Kim gülə,kim sevinə.
Gur yanırsan.Dibinə
Nur sallmayan çıraqsan.

Sən dostlara gərəkli,
Süfrəsi duz-çörəkli.
Azərbayan ürəklim,
Türkiyədən soraqsan.

Insanlar min xislətdə,
Ömür çürür həsrətdə.
Yaşayırsan qürbətdə,
Vətənində qonaqsan.

Sevinc Arzulu
Kayıt Tarihi : 7.1.2023 19:03:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!