“Vətən mənə oğul desə, nə dərdim,
Mamır olub qayasında bitərdim.”
Məmməd Araz
Zirvəyə qaldırdın sən al bayrağı,
El-obaya gətirdin xoş növrağı.
Azad etdin əsir olan torpağı,
Bir dəfəlik məhv elədin namərdi.
Vətən sənə oğul dedi.Nə dərdin.
Gözündə qalmadı arzu, diləyi,
Yaman sevindirdin neçə ürəyi.
Bu payız günündə gülü-çiçəyi.
Xalı tək ayağın altına sərdi.
Vətən sənə oğul dedi.Nə dərdin.
Vətəni uğrunda vuruşan igid,
Cəbrayıl eliylə görüşən igid,
Döğma torpağına qovuşan igid,
Bağında yetişən meyvəni dərdi.
Vətən sənə oğul dedi.Nə dərdin.
Qüdrətinə mən heyrandım, mən şaddım,
Tanrım, şükür.zəfər şəkəri daddım,
Hər atışın irəliyə bir addım,
Hər addımın şah-şöhrətli əsərdi,
Vətən sənə oğul dedi.Nə dərdin.
Ay və ulduz ən işıqlı mayakdır,
Günəş belə yatmayıbdır, oyaqdır.
Haqq işində arxandadır, dayaqdır,
Turan eli sənə salam göndərdi.
Vətən sənə oğul dedi.Nə dərdin.
08.10.2020.
Kayıt Tarihi : 22.10.2020 06:49:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!