Torpaq, üzün göyçək olar,
Azadlığın gerçək olar.
Hərəsi bir çiçək olar,
Vətən, şəhidin mübarək.
Hərb dadını çoxu görər,
Qan qırmızı qoxu görər.
Nə yatdı ki yuxu görə,
Vətən, şəhidin mübarək.
Biri ağlar, biri gülər,
Didəsindən nur tökülər.
Kaş az olsun bu itkilər,
Vətən, şəhidin mübarək.
Elə bil soyu olmamş,
Çinarca boyu olmamış,
Heyf ki toyu olmamış,
Vətən,şəhidin mübarək.
O, şəhidin sevdiyi qız,
Dayanıbdır titrək, yalqız.
Qaralandı bəyaz kağız,
Vətən, şəhidin mübarək.
Xəbər verin anasına,
Bu ellərin sonasına.
Girəcəkdir yuxusuna,
Vətən, şəhidin mübarək.
Qara geyinər bacısı,
Atanın artar acısı.
Sanki min ilin hacısı,
Vətən, şəhidin mübarək.
Kayıt Tarihi : 6.10.2020 11:44:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!