Bilirsən, şirindir qələbə dadı,
Belə sevindiyim, eh, heç olmadı.
Müjdəmi istərəm, vətən övladı,
Qələbə xəbəri ard-arda gəlir.
Bahar mat qalıbdır, payız, istinə,
Erməni dönübdür nifrət büstünə.
Ordum sel tək gəlir yağı üstünə,
Düşmənlər qalıbdır ah-zarda, gəlir.
Qaya tək dözümlü, sərt igidlərim,
Görməsin könlünüz dərd, igidlərim.
Mənim şir biləkli mərd igidlərim,
Vətəni qoymazlar ki, darda, gəlir.
Şuşada “and” içib görüşürdülər,
Düzümdə rəqs edib gülüşürdülər.
Bir zaman necə də hürüşürdülər,
Erməni tulası çidarda gəlir.
Vətən özü boyda sevinc adası
Mən də bu torpağın,elin fədası,
Gözəl Qarabağın fərəh sədası,
Sancılıb bayrağım gör harda, gəlir.
Kayıt Tarihi : 6.10.2020 11:41:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!