Veten kimisen Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Veten kimisen

Səni salamlaram,dostum, ürəkdən,
Danışaq doyunca arzu-diləkdən.
Alırsan rəngini güldən-çiçəkdən,
Yaşıllıq içində bitən kimisən.

Həsrətin başına düşsün qara daş,
Vüsal yol almasın yad limana kaş.
Donub gözlərimdə parıldayan yaş,
Uzaq sahillərdə itən kimisən.

Hər sözün üstündə yarpaq tək əsim,
Sənsən gedib-gələn isti nəfəsim.
Hərdən qulağıma gəlir bal səsin,
Bülbül tək gülzarda ötən kimisən.

Üzümü tuturam qadir Allaha,
Araya ayrılıq düşməsin daha.
Məni qoymamısan heç zaman tənha,
Hayıma anında yetən kimisən.

Vüsalın dostudur sevgi, məhəbbət,
Içirtmə vüsala çox acı şərbət.
Vətəndə sən mənə bir azca qürbət,
Qürbətdə bölünməz Vətən kimisən.

Sevinc Arzulu
Kayıt Tarihi : 14.7.2023 10:35:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!