Veten kadın Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Veten kadın

Durmuşam qan yerində,
Neçə min can yerində.
Səhərlər dan yerində,
Bülbül tək ötən qadın.

Balandan heç doyardın?
Düşmən gözün oyardın.
Oğlunu tək qoyardın?
Hayına yetən qadın.

Mən həmin həmənim də,
Yaşıldır səmənim də.
Çiçəkli çəmənimdə,
Lalə tək bitən qadın.

Alınıbdır öcün də,
Getdin həsrət köçündə.
Şəhidlərin içində,
Özü də itən qadın.

Artıq könüllər şaddır,
Köçkünlük bizə yaddır.
Qarabağım azaddır,
Hardasan Vətən qadın.

Sevinc Arzulu
Kayıt Tarihi : 26.10.2023 14:44:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!