Mina seçə bilirlər,
Səddi keçə bilirlər.
Necə içə bilirlər,
Qan qoxulu çayları.
Nə danışsın, nə dinsin,
Əcəl atını minsin.
Görüm ki heçə ensin,
Lap azalsın sayları,
Döyüşdə aman dilər,
Çətin göz yaşın silər.
Bizə neyniyə bilər,
Amerkan daydayları.
Igid ər oğlu ərdi,
Namərdi yerə sərdi.
Əbədi düşmən verdi,
Tanrı bizə hayları.
Dövləti çürüyübdür,
Ayağın sürüyübdür.
Dünyanı bürüyübdür,
Harayları, hayları.
Gur sədayam, səmirəm,
Həm polad, həm dəmirəm.
Illərini demirəm,
Qara gəlsin ayları.
Düşmən gedər köçüylə.
Xalq sevinər öcüylə,
Ordumuzun gücüylə,
Verilir bax, payları.
Kayıt Tarihi : 27.10.2023 09:15:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!